bazar ertəsi 13 aprel 2026 - 17:18
İran xalqının əsrlərə söykənən qəhrəmanlığı

Təxminən 1400 il əvvəl, indiki İraq ərazisində yerləşən Kərbəla adlı məkanda Hüseyn ibn Əlidən (ə) zalım hökmdar Yezidə beyət etməsi tələb olunmuşdur. İmam Hüseynin (ə) seçim imkanı var idi. O, təhlükəsizliyi və rahat həyatı seçib yaşaya bilərdi. Lakin o, haqsızlığı legitimləşdirməkdən imtina etdi.

Hövzə Xəbər Agentliyi I Son günlərdə İranla bağlı sosial mediada müxtəlif hadisələr geniş müzakirə olunur. Minab şəhərində tam orta məktəbin cinayətkar ABŞ və İsrail tərəfindən hava hücumuna məruz qalması və 168 uşağın şəhid olması, Mikayıl Mirdorqi kimi şəxslərin hekayələri, təzyiq altında olan bir ölkə və sui-qəsd nəticəsində şəhid edilmiş liderlə bağlı məlumatlar diqqət çəkir.

Milyonlarla insan, o cümlədən kişilər, qadınlar və uşaqlar ölkənin müxtəlif şəhərlərində artıq bir neçə gecədir küçələrə çıxır. Bu mənzərə bir sıra suallar doğurur: İranlılar niyə bu cür reaksiya verir? Bu dözümlülük haradan qaynaqlanır? Niyə onlar bəzi ölkələr kimi xarici güclərin öz gələcəklərini müəyyən etməsinə imkan vermirlər?

Bu sualların cavabının bir hissəsi daha qədim tarixi və mədəni köklərə dayanır. Bu, onların düşüncə sistemində dərin kök salmış bir hekayə ilə bağlıdır. Həmin hekayə vicdan, mənəvi cəsarət və fədakarlıq üzərində qurulub və İmam Hüseyn (ə) məktəbinin əsas ideoloji qaynaqlarından biri hesab olunur.

Təxminən 1400 il əvvəl, indiki İraq ərazisində yerləşən Kərbəla adlı məkanda Hüseyn ibn Əlidən (ə) zalım hökmdar Yezidə beyət etməsi tələb olunmuşdur. İmam Hüseynin (ə) seçim imkanı var idi. O, təhlükəsizliyi və rahat həyatı seçib yaşaya bilərdi. Lakin o, haqsızlığı legitimləşdirməkdən imtina etdi.

O, azsaylı tərəfdarları ilə böyük bir gücə qarşı dayandı. Nəticənin ağır olacağını bilsə də geri çəkilmədi. Kərbəlada o və tərəfdarları qətlə yetirildi, ailəsi isə əsir götürüldü.

Bu hadisəni dərk edənlər, xüsusilə bir çox iranlılar üçün bu, zamanla mənəvi meyar və nəsildən-nəslə ötürülən bir dərsə çevrilmişdir. Bu dərs ondan ibarətdir ki, ləyaqət və şərəf əsas dəyərdir. Susmaq bəzən təslim olmaq deməkdir, haqq uğrunda dayanmaq isə çox zaman ağır bədəllər tələb edir.

Məhz buna görə İmam Hüseyn (ə) adı bu gün də yaşayır.


Yekun

İranı anlamaq üçün yalnız gündəlik xəbərlərlə kifayətlənmək mümkün deyil. Bu anlayışın başlanğıcı Kərbəla hadisəsinə və İmam Hüseyn (ə) məktəbinə dayanır. Çünki bu düşüncədə belə bir inam yaşayır:
Ləyaqətli ölüm alçaldıcı həyatdan daha üstündür.

Heyhat minnəz-zillə - Zillət bizdən uzaqdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha